Avropa Liqasında yarımfinal mərhələsi başlayır

Avropa Liqasında yarımfinal mərhələsi start götürür.
Apasport.az saytının məlumatına görə, avqustun 16-17-də final yolunda son iki oyun keçiriləcək.
Almaniyada baş tutacaq qarşılaşmaların ardından avqustun 21-də Kölndə keçiriləcək həlledici qarşılaşmanın iştirakçıları müəyyənləşəcək.
İlk olaraq meydana "Sevilya" ilə "Mançester Yunayted" çıxacaq. 5 ay yarımdır məğlubiyyət üzü görməyən və son 8 görüşün 7-də qələbə qazanan "Sevilya" turnirin ən stajlı komandası sayılır. Ancaq "Mançester Yunayted"in də son 7 ayda passivində cəmi 1 yenilginin olduğunu unutmayaq. Əla formada olan iki komandanın dueli gərgin mübarizə vəd edir.

Digər cütlükdə "İnter" Donetsk "Şaxtyor"unu sınağa çəkəcək. Son 10 matçda uduzmayan və bunun 7-də qələbə qazanan italyanlar cütlüyün favoritidir. Ancaq martdan bəri rəqiblərinə boyun əyməyən "Şaxtyor" bu mərhələyə qədər gəlməyin təsadüf olmadığını sübut etməyə çalışacaq.

Avropa Liqası
Yarımfinal
16 avqust
23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)
Köln stadionu

17 avqust
23:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Düsseldorf Arena"

Paylaş

Bizi Facebookda izləyin
menu
menu