Ermənistanda daha 3 nəfər koronavirusdan öldü

Ermənistanda son sutka ərzində 196 nəfər yeni koronavirus infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 41 495-ə çatıb.
Son sutkada Ermənistanda daha 3 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 817-dir.
Ermənistanda indiyədək koronavirusdan sağalanların sayı 34 484 nəfərdir, 5952 nəfər müalicə olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu