İcra başçısı özünə yeni müavin təyin etdi

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
“Qafqazinfo”nun məlumatına görə, rayon rəhbəri Seymur Orucov İbrahimov Kənan İlham oğlunu icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Mehdiyev Naqif Vaqif oğlu isə İnformasiya təminatı və təhlil sektoru müdiri vəzifəsinə təyinat alıb.
İcra başçısının digər əmri ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə hələ yeni təyinat olmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu