Rusiyalı qubernator koronavirusdan sağaldı

Koronavirusa yoluxan Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov sağalıb.
REN TV xəbər verir ki, D.Artyuxov bu barədə öz “Instagram” hesabında məlumat yayıb.
“Test cavablarım ardıcıl olaraq iki dəfə mənfi çıxdı, bu isə tam iş rejiminə qayıtmağımı mümkün edir” -  D.Artyuxov qeyd edib.
Qeyd edək ki, qubernator Dmitri Artyuxovun COVID-19-a yoluxması barədə məlumat kütləvi informasiya vasitələrində iyulun 31-də dərc edilmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu