TƏCİLİ ! - “Quş və quş əti məhsullarının idxalı dayandırılsın!” – Ziyanlıdır !

“Xüsusilə, Ukraynadan Azərbaycana zərərli ət məhsualları gətirilir”

“Azərbaycan daxili istehsalı hesabına toyuq və yumurta təminatını həyata keçirmək iqtidarındadır”

"Damazlıq yumurtalar ucuz satılmalı, yeli istehsal üçün nəzərdə tutulan vergilər aşağı salınmalıdır"


Rusiyanın Omsk vilayətinin üç rayonunda quş qripi xəstəliyi aşkarlanıb. Yaşayış məntəqələrində karantin tətbiq ediləcəyi bildirilir. Yoluxmuş quşlar məhv ediləcək, fermerlər kompensasiya alacaqlar. İnfeksiyanın səbəbi isə göstərilmir. Qeyd edək ki, Rusiyada quş qripi bu il ilk dəfə avqustun əvvəllərində Çelyabinsk vilayətində aşkarlanıb.

Yüksək patogenli quş qripi tənəffüs yolları və mədə-bağırsaq traktına təsir göstərən kənd təsərrüfatı və vəhşi quşların kəskin virus xəstəliyidir.
Koronavirus pandemiyası bitməmiş quş qripinin yenidən “baş qaldırması”, əlbəttə, bizi də narahat edir.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında təhlükənin qarşısını qismən almaq məqsədilə idxalı dayandırmağı təklif edib: 

“Rusiyadan, Ukraynadan ölkəmizə gətirilən quş və quş əti məhsullarının idxalı təcili dayandırılmalıdır. Xüsusilə, Ukraynadan neçə illərdir, Azərbaycana zərərli ət məhsualları gətirilir.

Biz nəinki bu ölkələrlə, hətta digərləri, o cümlədən İranla da analoji təcrübəni tətbiq etməliyik. Ya idxal tamamilə dayandırılmalı, ya da gömrük vergisi yüksəldilməlidir.

Bunun əvəzinə damazlıq yumurtalar ucuz satılmalı, yeli istehsal üçün nəzərdə tutulan vergilər aşağı salınmalıdır. Bu, yerli qusçuluğu stimullaşdıracaq. Üstəlik, nəzərə almaq lazımdır ki, Azərbaycan daxili istehsalı hesabına toyuq və yumurta təminatını həyata keçirmək iqtidarındadır.

Deməli, biz quş və quş əti məhsullarının idxalını  təkcə indi-qripi yayıldığı bir məqamda yox, birdəfəlik dayandıra bilərik”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu