Dondurulmuş məhsullarda koronavirus... ! – “Dərhal məhv edilməlidir”

Braziliyadan Çinə ixrac olunan dondurulmuş toyuq qanadı məhsullarında koronavirus infeksiyası aşkarlanıb. Bu barədə Çinin Quanqdonq əyalətinin Şenzen şəhərinin rəsmiləri bildirib. İyun ayından bəri idxal olunan ət və dəniz məhsulları, eynilə məhsulların depolandığı sahənin işçiləri koronavirus testindən keçirilib. İşçilərin və anbardakı digər məhsulların test nəticələri neqativ çıxıb. Təkcə Braziliyadan gələn məhsullarda infeksiya aşkarlanıb. 




Ət və dəniz məhsullarında koronavirus infeksiyasının aşkarlanmasına münasibət bildirən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, virusların böyük əksəriyyəti bir çox xəstəliklərin yayılması üçün vasitədir. Ekspertin fikrincə, qida məhsullarında virusun olması qeyri-adi hal deyil: 

“Virusun özü həm bizim üçün, həm də canlı aləm üçün mikorqanizmdir. Onun üçün də virus qidalı mühitdə çıxış edə bilər. Dondurulmuş məhsul olsa belə, virus həmin məhsulun tərkibində olur, eyni zamanda bir mühitdən digərinə gedib yayıla bilər”. 

E.Fərzəliyev qeyd edib ki, virusların hər biri xəstəliklərin yayılması üçün əsas amil kimi çıxış edir: 

“Bu baxımdan toyuq məhsulunda viruslar xəstəliyin yayılması üçün bir vasitə kimi qəbul oluna bilər. Adətən virusa yoluxmuş məhsullar qidalanma üçün yararsız hesab edilir. Bəzi sanitar norma və qaydalarda bu məsələlər öz əksini tapır. Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (QTA) bu məsələ ilə bağlı müəyyən məqamları şərh edir. Lakin sanitar norma və qaydalara riayət etmək cəmiyyətin vəzifəsidir. Eyni zamanda bu işlə məşğul olan insanlar və təşkilatlar da sanitar qaydalara əməl etməlidir. 

Ekspert vurğulayıb ki, koronavirusa yoluxmuş qida məhsulları istifadə üçün birmənalı olaraq yararsızdır:

“Həmin məhsullar dərhal məhv edilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu