“Dərmanı reseptsiz satmaq cinayətdir”- Məsuliyyəti aptek daşıyır

Elə dərmanlar var ki, apteklər onu xüsusi həkim resepti ilə satırlar. Bunu əksəriyyət bilir və normal qarşılayır. Lakin bir məsələ var: xəstə rayonda  yaxud, xaricdədirsə və dərmanı almağı şəhərdəki yaxınlarından birindən xahiş edirsə, onda necə? Axı bu zaman aptek işçisinə hansısa sənəd təqdim etmək mümkün deyil. Çünki resept də xəstədə olur.

Bəs sözügedən problemin həlli nədədir?

Bu barədə “Sherg.az”a danışan həkim, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu reseptin şərt olduğunu deyib:



“Yalnız pambıq, spirt kimi dezinfeksiya vasitələri reseptsiz satıla bilər. Dərmanlar, xüsusilə daxilə qəbul edilən preparatlar isə heç bir bəhanəsi, mütləq reseptlə satılmalıdır.

Xəstəyə dərmanı reseptsiz satmaq cinayətdir.

Və hansısa yan təsir özünü göstərərkən məsuliyyəti aptek daşıyır. Hətta elə məhsullar var ki, onları satmaqdan ötrü xəstədən qırmızı möhürlü kağız tələb olunur.
Narkotik maddələr, psixiotrop vasitələr buna nümunədir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu