Qazi nazirə haqq qazandırdı: “Sosial şəbəkələrdə ehtiyatlı olun!" – Sirr verməyin! 

“Müəyyən hərbi hissə və yaxud hərbi mükəlləfiyyətli adamla bağlı fikir bildirəndə diqqətli olmalıyıq”

“Çünki bu məlumatları yalnız özümüz yox, düşmən də oxuyur”

“Ona görə nazirimizin  belə bir açıqlaması olmalı idi”


Müdafiə naziri general-polkovnik Zakir Həsənov mediaya açıqlamasında mühüm məqamlara toxunub. Nazir bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirlər formalaşdırmaqdır:

“Bu gün sosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəy formalaşdırmaqdır. Mütləq şəkildə 2 hədəfimiz olmalıdır. İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam, bir-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq”.

Əlbəttə, biz bilmədiyimiz çoxsaylı kəşfiyyat məlumatlarına malik nazirin açıqlaması əsassız deyil. Çox güman ki, düşmənin çirkin əməllərinə dair yetərli sübutlar var. Təəssüf ki, bir çox hallarda vətəndaşlarımız sosial şəbəkə paylaşımlarında diqqətli olmurlar. Müəyyən məlumatları qeyd etməklə düşmənin informasiya əldə etməsinə şərait yaradırlar. İşğalçı ölkə də çirkin xislətindən əl çəkmir. Xüsusilə də günlərinizn böyük bir hissəsini sosial şəbəkələrdə keçirən gənclərimizdə ölkəmizə qarşı mənfi rəy formalaşdırmağa çalışırlar və buna dair sistemli kampaniya aparırlar.

Mövcud duruma dair “Sherg.az”a danışan ehtiyatda olan zabit, qazi İlham Tumas müdafiə nazirinin açıqlamasında böyük həqiqət olduğunu deyib.
“Çünki son hadisələr göstərir ki, doğrudan da sosial şəbəkələrdə düşmən qüvvələr var. Onlar gənclərimizi dövlətə qarşı yönəltmək istəyirlər. Lakin ermənilərdən başqa azərbaycanlılar da bu işlərə əl atır. Bəzi azərbaycanlılar ermənilərdən geri qalmır. Onların əksəriyyəti burda, bəziləri də xarici ölkələrdə yaşayır. Ehtiyatlı olmaq lazımdır. Müəyyən hərbi hissə və yaxud hərbi mükəlləfiyyətli adamla bağlı fikir bildirəndə diqqətli olmalıyıq. Çünki bu məlumatları yalnız özümüz yox, düşmən də oxuyur. Ona görə nazirimizin  belə bir açıqlaması olmalı idi”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu