İdeal fürsət ! - “Kütləvi immunitet yoxlanılacaq”

Covid-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Əsas məqsəd əhali arasında Covid-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək. Qeyd edək ki, testlər könüllülük prinsipi ilə və tam ödənişsiz keçirilir. 


Ekspertlər bu testin əhəmiyyətini yüksək qiymətləndirirlər. Həkim Vasif Əliyev məsələ barədə “Sherg.az”a danışarkən bildirib ki, bu, insanlar üçün əsl fürsətdir: 
“Testlərin əsas məqsədi insanların nə qədər hissəsinin virusa yoluxduğunu müəyyənləşdirməkdir. Çünki xəstəlik çox zaman simptomsuz keçir və insan özü bunun fərqində olmur. Odur ki, bu təşəbbüsü çox yüksək qiymətləndirirəm. Üstəlik, testin tam ödənişsiz keçirildiyini və təhlükəsiz olduğunu nəzərə alsaq, bunun ideal fürsət hesab edə bilərik. Həm vətəndaş koronavirusu keçirib- keçirmədiyini biləcək, həm də kütləvi immunitet yoxlanılacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu