Daha müraciətlərə baxılacaq ! - Baş prokurorluqda “qaynar xətt” mərkəzi... 

“Vətəndaşla məmur arasındakı birbaşa təmas aradan qalxacaq. Münasibətlər daha da optimallaşacaq”

Azərbaycanda  Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi" və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzi istifadəyə verilib. Bu nömrələr istirahət və bayram günləri də daxil olmaqla, günün 24 saatı ərzində fəaliyyət göstərir. Məqsəd qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsindən ibarətdir. 
 
Bu barədə fikirlərini “Sherg.az”la bölüşən hüquq müdafiəçisi Əliməmməd Nuriyev baş prokurorluqdakı son yenilikləri yüksək qiymətləndirib: 

“Baş prokuror dəyişəndən sonra aparılan yenilənmələr göz qabağındadır. Müxtəlif vəzifələrə gənc və təcrübəli kadrlar gətirilməklə yanaşı, həm də struktur islahatları həyata keçirilir. Bəzi strukturların ləğv olunması, bəzilərinin birləşməsi bunu sübut edir.



Baş prokururluğa çoxlu sayda müraciətlər daxil olur. Bunların heç də hamısı həmin qurumun səlahiyyətlərinə daxil deyil. Sadəcə insanlar baş prokurorluğa inanır, ona müdafiə vasitəsi kimi baxırlar.

Son vaxtlar həyata keçirilən əməliyyatlar da göz qabağındadır. Cinayətkarların xüsusilə cinayət başında yaxalanması təqdirəlayiqdir. Çünki, ələlxüsus, korrupsiyaya qarşı mübarizədə etibarlı dəlillər çox vacibdir. Bu, əməli düzgün qiymətləndirməyə yardımçı olur”.

Ə.Nuriyevin fikrincə, çağrı və qaynar xətt mərkəzlərinin yaradılması da baş prokurorluğun növbəti uğurudur: 

“Əlbəttə, islahatlar təkcə bununla bitmir. Baş prokurorun dəyişilməsindən sonra İKT-nin imkanlarından geniş istifadə olunmağa başlanılıb. Həmin məqam istintaq sirrini qorumaqla yanaşı, həm də şəffaflığı, vətəndaş-məmur münasibətlərinin daha yaxşı qurulmasını təmin edir. “Çağrı və “qaynar xətt” mərkəzlərinin yaradılması çox sevindiricidir.

Beləliklə, vətəndaşla məmur arasındakı birbaşa təmas aradan qalxacaq. Ümumilikdə, münasibətlər daha da optimallaşacaq. Düşünürəm ki, bundan sonra baş prokurorluğun sayt sistemində də müəyyən yenilənmələr həyata keçirilməlidir.

Yaxşı olar ki, baş vermiş hadisə haqqında informasiyanı prokurorluq özü versin. Bu, etibarlı mənbə baxımından vacibdir. Adı çəkilən hüquq- mühafizə orqanında bundan sonra daha ciddi və uğurlu addımların həyata keçiriləcəyinə inanıram”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu