Qazidən kəskin tənqid: “Şəhidlərimizi tanıtmalıyıq, amma belə yox!”

“Bizim üçün canlarından keçənlərdən sui-istifadə etmək  yolverilməzdir. Bu, sadəcə ayıbdır!”


Son vaxtlar şəhidlərimizin fotoşəkillərini avtomobillərinin şüşələrinə vuraraq şəhər küçələrində şütüyən gənc sürücüləri biz də görürük. Bunu həmin sürücülərin şəhidlərimizə hörməti kimi qəbul edirik.

Sevinirik, üzünü belə, görmədiyimiz soydaşımızın vətənpərvərliyinə görə qürur duyuruq. Amma bəzən belə sürücülərin bəzilərinin şəhid adına hörmətsizlik nümayiş etdirdiyinin də şahidi oluruq.

Belə ki, onlar şəhidlərimizin fotoları vurulan maşınlarla qayda pozur, yol polisi tərəfindən saxlandıqda isə “Görmürsən, maşınımda şəhidlərin şəklini gəzdirirəm, hörmət elə, cərimə yazma” deyirlər. Ya da şəkilləri maşının elə yerlərinə vururlar ki, korlanır, üstü pis vəziyyətə düşür.


 Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Medtiyev bu barədə “Sherg.az”a danışıb. O, şəhidlərdən sui-istifadə edənləri sərt tənqid edib: 

“Əlbəttə, təşəbbüs olaraq çox yaxşıdır. Biz şəhidlərimizin, qəhrəmanlarımızın təbliğatını aparmalı, tanımayana tanıtmalıyıq.

Amma belə yox. Şəhidlərimizin fotolarını maşının çirklənən yerinə yox, daim təmiz saxlanılan hissəsinə vurmaq lazımdır.

Bizim üçün canlarından keçənlərdən sui-istifadə etmək  yolverilməzdir. Bu, sadəcə ayıbdır!”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu