İndi dini ritualları həyata keçirmək olmaz – Kütləvi toplaşmaqda ziyan var

“Operativ Qərargah karantin qaydalarında müəyyən yumşalmalar etsə, onda dini ritualları həyata keçirmək olar. İndiki halda isə yox”

Koronavirus pandemiyası ilə əlaqədər Məhərrəm ayı və Aşura bu il olduqca təhlükəli bir vaxta təsadüf etdi. Odur ki, hər birimiz diqqətli olmalı, kütləvi toplaşmamalıyıq.

Kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyəti yenidən pisləşdirə bilər. Nəticədə karantin rejiminin daha da uzadılması və yenidən sərtləşməsi məsələsi gündəmə gələ bilər.


 Bu barədə “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev qanunun aliliyindən danışdı:

“Tutaq ki, mən Operativ Qərargahın bəzi qərarları ilə razı deyiləm. Bu haqda danışa bilərəm, amma əleyhinə gedə bilmərəm. Qanun hər kəs üçün eynidir. Odur ki, müvəqqəti səbr etməli və qanunlara uyğun davranmalıyıq. Əgər Operativ Qərargah karantin qaydalarında müəyyən yumşalmalar etsə, onda dini ritualları həyata keçirmək olar. İndiki halda isə yox”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu