Ölən cocuqlar... ! – Kimdir müqəssir ?! 

“Ananın gənc yaşda olması uşağın doğuşdan sonra ölmünə səbəb ola bilməz”

“Uşağın neçə həftəsində doğulması və çəkisi də vacibdir”

“Məsələn, döl 3.900 kq-dan artıqdırsa, bu, normal çəki sayılmır”


Şamaxı rayonunda körpə doğuş zamanı ölüb. 19 yaşlı Zərbəliyeva Lamiyə Araz qızı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində təbii doğuş yolu ilə qız övladını dünyaya gətirib. Qadının atası, Qobustan rayon sakini Araz Rüstəmov bildirib ki, Lamiyənin hamiləlik dövründə problemi olmayıb. Lakin doğuşdan yarım saat sonra tibb işçiləri körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü bildiriblər. O, hazırda ananın vəziyyətinin orta-ağır olduğunu deyib.

Həkim Nəzakət Abdurracaqova bildirib ki, doğuşdan əvvəl ana və uşağın vəziyyəti normal olub. Doğuş zamanı qəflətən uşağın vəziyyəti pisləşib, lazımi tədbirlər görülsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb.



Yeni doğulan körpə ölümlərinin səbəblərini “Sherg.az”a şərh edən cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə bildirib ki, səbəblər müxtəlif ola bilər. Həkimin sözlərinə görə, ananın gənc yaşda olması uşağın doğuşdan sonra ölmünə səbəb ola bilməz:

“Bəli, gənc yaşda doğuşun başqa fəsadları var. Hamiləlik dövrü normal keçə bilər. Bunu pasiyent deyir və hamiləliyi normal keçirdiyini bildirir. Təbii ki, özünü normal hiss edə bilər. 

Çünki hamiləlik fizioloji bir haldır. Ananın 19 yaşı var, cavandır, heç bir xroniki xəstəliyi yoxdur. Amma pasiyentin ya da yaxınlarının hamiləliyin normal keçdiyini bildirməsi o demək deyil ki, ana bətnində dölün heç bir problemi olmayıb”.

Ginekoloq vurğulayıb ki, uşağın neçə həftəsində doğulması və çəkisi də vacibdir:

“Çəki böyük və ya kiçik ola bilər. Bunlar da doğuşda problem yaradır. Çox böyük çəkisi olarsa, məsələn, döl 3.900 kq-dan artıqdırsa, bu, normal çəki sayılmır. Dəqiq araşdırılma aparılmalıdır.

Bəzən valideynlər bilmirlər nə etsinlər, ona görə də jurnalistlərə şikayət edirlər. Amma məsələ ekranlara getməzdən qabaq ciddi araşdırılmalıdır. Təbii ki, xəstənin yaxınları şikayət edə bilər. Lakin bu şikayətlərə jurnalistlər baxmalı deyil. Tibb sahəsindəki mütəxəssislər, Səhiyyə Nazirliyi araşdırma aparmalıdır”. 

F.Hüseynzadə həkim səhvlərinin olduğunu da  diqqətə çatdırdı:

“Amma bir çox hallarda hamiləlik dövründə müxtəlif problemlər ölümün əsas səbəblərdən biridir. Doğuş zamanı dölün çəkisi böyük oldur, ananın çanağı da kiçik olduqda uyğunsuzluq yaranır. Bu zaman oksigen çatışmazlığı yaranır və uşaq doğuşdan sonra tələf olur.

Rayonlarda bəzən yaxşı şərait yaradılmır. Ümumiyyətlə, doğuş elə yerdə keçirilməlidir ki, doğuş zalının yanında hazır əməliyyatxana olsun. Bu zaman hər hansı bir neqativ hal yarandıqda dərhal müdaxilə etmək mümkündür”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu