Qazidən mühüm mesaj: “Erməni əsirdən alınan məlumatlar…”

“… Bu informasiyalar əsasında çox böyük işlər görmək olar”

“İnanıram ki, zabitlərimiz müvafiq addımları atacaqlar”

Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrinin gördüyü qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan əsir götürülüb. 



Ordumuzun sözügedən uğuru barədə “Sherg.az”a danışan “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Quliyev bunu hərbçilərimizin ayıq-sayıqlığı nümunəsi kimi qiymətləndirib: 

“Əlbəttə, çox əhəmiyyətli hadisədir. Bundan gözəl nə ola bilər ki? O vaxt biz də bir erməni hərbçisini əsir götürmüşdük. Əvvəl özünü çoban kimi təqdim etsə də, cibindən çıxan xəritə ilə kəşfiyyatçı olduğu müəyyənləşmişdi. Yəni ermənilər hiyləgər millətdirlər.

İnanıram ki, zabitlərimiz müvafiq addımları atacaqlar. Əsirdən alınan məlumatlar əsasında çox böyük işlər görmək olar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu