İlahiyyatçı xalqa səsləndi: “Aşuranın kütləvi keçirilməsi yolverilməzdir” 

“İnanıram ki, vətəndaşlarımız anlayış göstərərək sağlamlıqlarının keşiyində duracaqlar”


Bu il Məhərrəm ayı və Aşura dünyanın qarşılaşdığı çətin sınaq dövrünə- koronavirusla bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. Bütün dünyada, o cümlədən Azərbaycanda kütləvi tədbirlər qadağan olunub. Xalqımızın sağlamlığı naminə məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda dini mərasimlər keçirilməyəcək. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayır.

Lakin bu hal bəzi vətəndaşların narazılığa səbəb olur. Dini ayini yerinə yetirmək istəyən şəxslər yoluxma təhlükəsini düşünmürlər. Ona görə də verilən qərarlarla razılaşmaq istəmirlər.

İlahiyyatçı İbrahim Məmmədov məscidlərin bağlı qalması, Aşura ayinlərinin kütləvi şəkildə keçirilməsinə qoyulan qadağa və onun səbəblərini “Sherg.az”a şərh edib:

“Bütün ölkələrdə, o cümlədən Azərbaycanda pandemiya ilə mübarizə tədbiləri davam etdirilir. Belə bir vəziyyətdə hər kəsin öz sağlamlığını qoruması, məhdudiyyət tədbirlərinə əməl etməsi çox vacibdir.

Əlbəttə ki, məscidlərin açılmasını və Məhərrəm ayinlərinin keçirilməsini istərdik. Lakin unutmamalıyıq ki, “Quran-i Kərim” də “Özünüzü öz əllərinizlə təhlükəyə atmayın”- deyə buyuyur.

İmam Hüsyen sevərlərini anlayışlı olmağa səsləyirəm. Vətəndaşlara evimizdə əzadarlıq keçirməyi və onlayn moizələri dinləməyi tövsiyə edirəm. İnanıram ki, xalqımız müvəqqəti olan bu qərarları anlayışla qarşılayacaq və bir-birimizin sağlamlığının keşiyində dayanacağıq”.

Din xadimi qeyd edib ki, kütləvi şəkildə yığışmaq virusun yoluxma ehtimalının çoxalmasından xəbər verir:

“Aşura mərasimlərinin kütləvi şəkildə keçirilməsi yolverilməzdir. İnanıram ki, vətəndaşlarımız anlayış göstərərək sağlamlıqlarının keşiyində duracaqlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu