“Nəğdsiz ödənişə keçmək mütləqdir” – “Qara” iqtisadiyyat “ağaracaq"!

“Ölkəmizdə nəğdsiz ödənişə keçənə qədər xeyli yol qət etməliyik” 


Saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginas, dönər evindən 1 ədəd 50 manat saxta əsginasın verilməsi ilə bağlı fakt aşkarlanıb. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən müvafiq əməliyyatlar aparılıb. Yasamal rayon ərazisində kirayə yaşayanlar 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Rəşad Hacıyev saxlanılıb.

Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X. Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əsginaslar götürülüb. Zaman-zaman dövriyəyə saxta pulların buraxılması xəbərinə rast gəlirik. Müəyyən müddət sonra bəzi işbazlar cəzalandırılsa da, bu cür əməllər törədənlər yenə meydana çıxır. Saxtakarların “tələ”sinə düşməmək üçün yalnız iki yol var. Maksimum dərəcədə diqqətli olmaq, ya da onlayn ödəmələrdən istifadə etmək. 



Baş verənlərlə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada kağız pul dövriyəyə çıxan gündən saxta pul kəsmək həvəsinə düşənlərin də sayı artıb. Ekspert vurğulayıb ki, bəzi ölkələr bunun qarşısını almaq üçün ticarət dövriyyəsinin elektronlaşmasında ciddi addımlar atıblar: 

“Məsələn, Avstraliya və Yeni Zelandiyada ticarət dövriyəsinin 95 faizi nəğdsiz ödənişlər vasitəsilə həyata keçirilir. Ölkəmizdə bu problemin həll yollarından biri vətəndaşlarının getdikcə daha çox nəğdsiz ödənişlərə üstünlük verməsidir. Çünki nəğdsiz ödənişlər iqtisadiyyatın və ticarət dövriyyəsinin “ağarmasında”, kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm rol oynayır. Nəğdsiz ödənişlər saxta əsginasların dövsiyyəsinin də qarşısını alan əsas yollardan biridir”. 

N.Cəfərli qeyd edib ki, ölkəmizdə nəğdsiz ödənişə keçənə qədər xeyli yol qət etməliyik: 

“Təəssüf ki, Azərbaycanda nəğdsiz ödənişlər o qədər də yüksək səviyyədə deyil. Ona görə vətəndaşlar diqqətli olmalıdırlar. Mağazalarda, banklarda belə hadisələrlə rastlaşmaq nadir hallarda mümkündür. Fiziki əməliyyatlarda, alış-verişlərdə, əsasən küçə ticarətində və digər maliyyə əməliyyatlarında diqqətli olmaq lazımdır. Çünki kağız pul yaranandan saxta əsginasların hazırlanmasına cəh edənlər çoxdur. Belə hallar hər zaman olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu