Terrorçuluğa çağırış TƏHLÜKƏSİ: “Qarabağla bağlı münaqişələrin yaşandığı bir məqamda...” – DTX işləyir !


Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidmətinin kompleks tədbirləri davam etdirilir.
DTX-dan verilən məlumata görə, Azərbaycan vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan istifadəsinə dair əsaslı məlumatlar əldə olunub. 

Eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsi, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsi ilə bağlı məsələlərdə də günahlandırılıb.

Fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun barəsində beynəlxalq axtarış elan edilib.

Faliq Vəliyevin Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilib.O, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Hazırda cinayət işi üzrə araşdırma davam edir.



Son vaxtlar sosial şəbəkələr vasitəsilə terrorçuluğa çağırış meylləri güclənib. Keçmiş polisi rəisi Mahmud Hacıyev bu barədə “Sherg.az”a  açıqlamasında deyib ki, müvafiq qurumlar belə neqativ hallara qarşı uğurla mübarizə aparır:

 “Əvvəlki qurum, yəni MTN çox yarıtmaz fəaliyyəti ilə seçilirdi. Özləri cinayətlə məşğul idilər. Odur ki, iyirmiyə yaxın yüksək rütbəli şəxs həbs olundu. Amma indi vəziyyət dəyişib.

DTX-da leytenantdan tutmuş generaladək  bütün kadrlar peşəkardırlar. Terrorizmə təşviq cinayət məcəlləsi ilə tənzimlənir. Bu, nə polisin, nə də prokurorluğun işidir.

Məsələ ilə birbaşa  DTX məşğul olur. İndi, xüsusilə Qarabağla bağlı münaqişələrin yaşandığı bir məqamda insanların bu cür işlərlə məşğul olacağına inanmıram. Varsa da, çox azdır. Onlar da tez bir zamanda yaxalanır və cəzalanırlar. Dediyim kimi, DTX öz işinin öhdəsindən layiqinə gəlir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu