Hamilə xanımların NƏZƏRİNƏ: “Yoqa ilə məşğul olmaq effektivdir”

“Çünki  bu hərəkətlər doğuş zamanı ağırını azaldır və doğuşu asanlaşıdrır”

 “Erkən doğuş və düşük təhlükəsi olan qadınlara idmanla məşğul qadağandır”

Bəzən xanımlar hamiləlikdə idman hərəkətləri etməkdən çəkinirlər. Bununla dölə zərər verə biləcəklərini düşünürlər. Amma doğru idman hərəkətləri nəinki hamiləliyə zərər verməz, əksinə, hamiləliklə bağlı yaranan şişkinlikləri aradan qaldırmağa, doğuşun rahat keçməsinə və doğuş sonrası daha asan arıqlamağa kömək edər.

ABŞ Mama ginekoloqlar Kollecinin standartlarına görə, hamiləlik boyunca hər gün 30 dəqiqə idman etmək faydalıdır. Bu zaman nəbzinizi və bədən temperaturunuzu həddən artıq yüksəldən hərəkətlərdən uzaq durmaq, idmandan sonra bol su içmək tövsiyə olunur.

Bəs hamiləlikdə hansı idman növləri ilə məşğul olmaq olar?



Cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a açıqlamasında bildirib ki, hamiləlik dövründə təhlükəli bir məqam yoxdursa, əksinə idman etmək ana və uşaq üçün çox yaxşıdır.

Ginekoloq vurğulayıb ki, hamiləlik zamanı idman hərəkətləri etmək xüsusilə anaya xeyirdir:

“Normal doğuş olacaqsa, idman hərəkətləri doğuşu çox asanlaşdırır. Təbii ki, fiziki ağırlıq kimi idman hərəkətləri olmaz. Məsələn, hamiləlikdə gimnastikanın yüngül növü ilə məşğul olmaq məsləhətdir. Hamiləlikdə əsasən yoqa ilə məşğul olmaq da effektivdir. Çünki  bu hərəkətlər doğuş zamanı ağırını azaldır və doğuşu asanlaşıdrır”. 

Həkimin sözlərinə görə, hamiləlik dövründə pilateslə məşğul olmaq da çox xeyirlidir:

“Pilasetdən başqa, gün ərzində müəyyən qədər yürüş etmək də lazımdır. Amma hamilə qadınlar idmanla məşğul olmazdan öncə diqqətli olmalıdırlar. Çünki əks göstərişlər ola bilər.

Məsələn, erkən doğuş və düşük təhlükəsi olan qadınlara idmanla məşğul qadağandır.

Lakin normal hamiləlik keçirsə, heç bir risk yoxdursa, yoqa, pilates, gimnastika, ağırlıq qaldırılmayan digər idman növləri və yürüyüşlə məşğul olmaq məsləhətdir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu