“Krım həm də Rusiya-Türkiyə məsələsidir” - Bu xəmir hələ çox su aparacaq !

“Krımda bu gün səhər Krım Tatar türklərinin evlərinə edilən hücumları və onların nəzarətə götürülməsini narahatlıqla izləyirik”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, sözügedən hadisə Krımın 2014-cü ildə qeyri-qanuni zəbtindən sonra yerli tatarlara tətbiq olunan davamlı təzyiq və hədənin son nümunəsidir: “Türkiyə hüquq və mənafelərini sülh yolu ilə müdafiə etdiyi soydaşlarımız olan Krım tatarlarının hər zaman yanında olacaq”.
Bu gün səhər saatlarında Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşları Krımda bir çox ünvana basqın edib. Jurnalist Ayder Kadirov olmaqla, 4 nəfər saxlanılıb.


 
Sözügedən məsələni “Sherg.az”a təhlil edən politoloq Əhəd Məmmədli Krımın üçtərəfli münaqişəyə səbəb olduğu qənaətindədir:
“Ukrayna ilk vaxtlardan səhv etdi. 

Rəsmi Kiyev sərhədləri daxilində Krım türklərinin möhkəmlənməsində maraqlı olmalı idi. Ancaq, əksinə, tatarların hüquqları müdafiə edilmədi. Rusiya da bundan yararlanıb Krımı ələ keçirdi.

İndi müxtəlif təzyiqlərlə Krım tatarların sayı azaldılır, onlar dissimilyasiyaya uğradılır. Xüsusilə son vaxtlar Türkiyə ilə Ukrayna arasında münasibətlərin yaxşılaşması istər-istəməz bu dövləti də münaqişəyə çəkir. Yəni Krım təkcə Rusiya-Ukrayna yox, həm də Rusiya-Türkiyə məsələsidir.

Odur ki, bu xəmir hələ çox su aparacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu