Ermənistan işğal ampulasında, Minsk qrupu da susmaqda... – İkili standart!

Nikol Paşinyanın Qarabağa növbəti səfəri Ermənistanın Azərbaycana qarşı yeni hücum planları, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətini göstərir. Paşinyan Qarabağa səfərində əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb.

Erməni baş nazir və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır. Təsadüfi deyil ki, Paşinyan  Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub.



Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a bildirib ki, Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində olması onun bu günə qədər gizli saxlamağa çalışdığı mətləblərə yenidən işıq salıb:

“Zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına dair faktlar açıqlanıb. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları beynəlxalq humanitar hüququn pozulması olsa da, bu günə qədər təcavüzkar ölkənin bu əməllərinə göz yumulub.
ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni məskunlaşdırma faktları ilə bağlı niyə susurlar?

Nə üçün bu vaxta qədər yeri gəldi-gəlmədi insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatlar bu cür saxtakarlıq faktlarının üzərindən sükutla keçiblər? Hesab edirəm ki, Ermənistan hakimiyyətinin bu özbaşınalığına göz yummağın ikili standartlardan başqa adı yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu