“Zakir Həsənovun Rusiya səfəri... - Müharibə, yoxsa danışıqlar?

“Baş verən hadisələr müharibəninm başlanmasını şərtləndirir”

"Müdafiə nazirimizin səfəri müharibənin başlanmasını tormozlada bilməyəcək”

“Amma bizə dörd günlük hərbi əməliyyatlar yox, torpaqlarımızı birdəfəlik azad edə biləcəyimiz müharibə lazımdır”


Bu gün Azərbaycanın Müdafiə naziri Moskvaya yola düşəcək.  Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak edəcək.  Səfər sentyabrın 6-dək davam edəcək. 




Səfəri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri,  politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyada bir neçə qurumun, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Şanxay Əməkdaşlığı Təşkilatının toplantısı keçiriləcək:

“Azərbaycan KTMT-nin üzvü deyil. Buna maraq da göstərmir. Görüşdə Azərbaycana maraqlı olan əsas məsələ Şanxay Əməkdaşlığı Təşkilatı ilə bağlı müzakirələrdir. Onu da deyim ki, Rusiya hətta KTMT-nin üzvü olmayan dövlətləri də ölkəyə toplamaqla saxta görüntü yaratmağa çalışır”. 

 E.Şahinoğlunun fikrincə, görüş birbaşa Dağlıq Qarabağ müharibəsi ilə əlaqədər olmasa da, baş verən hadisələr müharibəninm başlanmasını şərtləndirir:

“Rusiya ilə Azərbaycanın maraqları toqquşur.  Dövlət başçımız İlham Əliyev Ermənistana silah daşınması barədə rəsmi Moskvaya etirazını bildirsə də, işğalçıya dəstək davam edir. Rusiya Azərbaycanın maraqlarını nəzərə almır və düşməni silahlandırır.. Odur ki, hazırkı danışıqlardan bir nəticə gözləməyə dəyməz.

Şoyqunun Bakıya gəlməsi müharibənin qarşısını almadı, əksinə, bizə danışdığı yalanlar hərbi əməliyyatlara rəvac verdi. Prezidentin köməkçi Hikmət Hacıyevin “Rusiyanın izahı bizi qane etmir deməsi də” təsadüfi deyil.

Zakir Həsənovun Rusiyaya səfəri də müharibənin başlanmasının qarşısını ala bilməyəcək. Müharibə hər an başlaya bilər.

Amma bizə lokal, dörd günlük hərbi əməliyyatlar yox, torpaqlarımızı birdəfəlik azad edə biləcəyimiz müharibə lazımdır. Ancaq Rusiyanın Ermənistana təsir göstərib,  mərhələli həll planını işə salması müharibənin qarşısını ala bilər. Bu isə indiki halda real görünmür”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu