“ABŞ Serbiyanı şərt qarşısında qoyub” – Şərh 

 “ABŞ Serbiyadan Kosovonun müstəqilliyini tanımasını istəyir”

“Əslində Serbiya hazırdır. Amma Kosovonun şimal hissəsinin ona veriləcəyi təqdirdə. Çünki Kosovonun şimalında çoxlu serb yaşayır”


Serbiyanın prezidenti Aleksandr Vucicin Ağ evdə çəkilən  foto və video görüntüləri sosial şəbəkələrdə geniş istifadə olunub. Təkcə politoloqlar yox, bir az diqqətli olan istifadəçilər də anlayırlar ki, bu, Trampın serbiyalı həmkarının imicinə növbəti zərbəsidir. Aleksandr Vucicin tez-tez başını aşağı salması da onun narahatlığını göstərir. Bəs nədir onun boynunun bükülməsinin səbəbi?


 
Siyasi analitik Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışıb. O, bildirib ki, ABŞ Serbiyanı konkret olaraq şərt qarşısında qoyub:

 “ABŞ Serbiyadan Kosovonun müstəqilliyini tanımasını istəyir. Əslində Serbiya hazırdır. Amma Kosovonun şimal hissəsinin ona veriləcəyi təqdirdə. Çünki Kosovonun şimalında çoxlu serb yaşayır.

Əlbəttə, Kosovo da öz ərazisindan imtina etməyi düşünmür. Əslində Kosovo, həqiqətən, heç vaxt Serbiya ərazisi olmayıb. Bu ölkə indi müstəqildir. Hər halda Kosovonun şimalı barədə müzakirələr davam edir”. 

 Ə.Məmmədlinin sözlərinə görə, Azərbaycan bu hadisələrdən dərs almalıdır:

“Kosovonun müstəqilliyini dünyanın təxminən yarısı, xüsusilə NATO üzvləri tanıyıb. Serbiya da müstəqil dövlət kimi Kosovo ilə nə qədər tez hesablaşsa, Avropa Birliyinə daha tez inteqrasiya edə bilər.

Əlbəttə, Serbiya da bunu istəyir. Lakin Kosovo münaqişəsi tam həll olunmayınca, məsələ real görünmür. ABŞ hazırda Serbiyanı Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəmir.

Qeyd edim ki, Azərbaycan bu hadisədən nümunə götürməli və işğal altındakı ərazilərini mümkün qədər tez azad etməlidir. Azərbaycanın nəinki müstəqil, həm də güclü olmalıdır. Yalnız belədə dünya ölkələri maraqlarımızı nəzərə alacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu