Deputat: “Tağıyev Pakistanda dərsliyə salınıb” - Vaksin göndərib?!

Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza ilə görüşüb.
Görüş Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu Ordu İdman oyunları çərçivəsində baş tutub. Zakir Həsənov və Nadim Raza görüşdən sonra Alabino Poliqonun dakı Dostluq Evindəki Azərbaycan stendi ilə tanış olublar.
 Danışıqlardan sonra Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Razanın Azərbaycan bayrağına sarılması xüsusi rəğbətlə qarşılanıb. Bu, Pakistanın bizə dəstəyinin ən bariz göstəricisidir. 

 Həmin jesti “Sherg.az”a qiymətləndirən millət vəkili Tahir Kərimli çox təsirləndiyini deyib: 

“Bu məqam məni xeyli duyğulandırdı. Nə yaxşı ki, bizim Pakistan, Türkiyətək dostlarımız, qardaşlarımız var. Pakistan özünü keçmiş Babur dövlətinin varisi kimi aparır. Dərsliklərində xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin vaxtı ilə Pakistana vaksinlər  göndərməyindən bəhs olunur.

Bu, əlbəttə, bizi sevindirir. Pakistanın Türkiyəyə dəstəyi də göz qabağındadır.

Hətta milli pul vahidlərinin üzərində də Türkiyə bayrağının fotosu var. İndoneziyadan sonra ikinci böyük türk dövlətinin, atom silahına malik yeganə türk ölkəsinin bizə bu dəstəyi lazımi və qürurvericidir.

Sözsüz ki, Pakistan bunu mənafe xətrinə yox, qəlbindən gəldiyi üçün edir. Biz də öz növbəmizdə onlara minnətdarlığımızı bildiririk. Pakistanın bu jesti Azərbaycan xalqında əlavə ruh yüksəkliyi yaradır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu