“Trampın hədəfi Rusiya yox, Co Baydendir” - ŞƏRH

“ABŞ-la Rusiya arasındakı ziddiyətli münasibətlər uzun illər davam edəcək” 

“İnanmıram ki, ABŞ-la Rusiya dünyanının bölüşdürülməsi uğrunda bir-birinə güzəştə getsin”

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdən danışıb.  O, bu barədə Pensilvaniya ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib. “Rusiya ilə münasibətlərimi qaydaya salsam, bu yaxşı olar, ya pis? Düşünürəm ki, yaxşı olar. Ölkələrlə münasibətləri qaydaya salmaq əslində çox yaxşıdır”, – ABŞ lideri bildirib. Tətbiq olunan anti-Rusiya sanksiyalarına baxmayaraq, ABŞ prezidenti davamlı olaraq vurğulayır ki, ABŞ və Rusiyanın “çox yaxşı münasibətlər”i var, iki ölkə “münasibətlərini qaydaya salmalıdır”.

Tramp “önəmli sima” hesab etdiyi Rusiya lideri Vladimir Putini G7 (Böyük yeddilik) zirvəsinə dəvət etmək planını da açıqlayıb.


 Trampın sözügedən bəyanatını “Sherg.az”a şərh edən politoloq Azər Rəşidoğlu ABŞ prezidentinin gerçək niyyətini açıqlayıb:

“Amerikada seçkilər gedir. Trampın rəqibi olan  Co Bayder Rusiyanın və İranın əleyhinədir. O, anti-rus siyasəti yeridir. Məhz həmin məqama görə də Tramp belə bir bəyanatla çıxış edib. Yəni Tramp həmişə olduğu kimi indi də qeyri-səmimidir. Onun səsləndirdiyi fikirlərin hədəfi əslində Rusiya yox, Co Baydendir”. 

A.Rəşidoğlu, həmçinin bildirib ki, iki dövlət arasındakı ziddiyətli münasibətlər hələ uzun illər davam edəcək: 

“İnanmıram ki, ABŞ-la Rusiya dünyanının bölüşdürülməsi uğrunda bir-birlərinə güzəştə getsinlər. Sadəcə hansısa bir məqamda maraqlar üst-üstə düşə bilər. Amma müvəqqəti. Üstəgəl, ABŞ təkqütblü siyasət yürüdür. Bu isə o deməkdir ki, Trampa Rusiya ilə danışıqlar və rəsmi Moskvanın güclənməsi sərf etmir. Trampın hansı bəyanatı verməsindən asılı olmayaraq, onlar rəqibdirlər. Və hələ neçə on illiklər bu, belə davam edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu