Dünya da gördü: “Ramil Səfərov məsələsində Azərbaycan haqlıdır”

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib. Ermənistandan olan iki şikayətçi - Budapeştdə Ramil Səfərovun öldürdüyü hərbçi Qurqen Markaryanın babası Samvel Minosyan və Marqaryanla birgə Budapeştdə təlim keçmiş digər hərbçi Hayk Makuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət təmin edilməyib.


Avropa Məhkəməsi iddiaçıların hadisənin Azərbaycanla bağlı olması barədə iddialarını geri çevirərək, Qurgen Markaryanın öldürülməsini Ramil Səfərovun şəxsi addımı kimi qiymətləndirib və Azərbaycan dövlətinin hadisəyə heç bir təsirinin olmadığı qənaətinə gəlib.
Digər qərarda da Macarıstanın Ramil Səfərovu Azərbaycana təhvil verməsində də heç bir prosessual pozuntu aşkarlanmadığı bildirilərək, bu ölkəyə qarşı iddialardan da imtina olunub.

İddiaçıların vəkilləri Siranuş Saakyan və Levon Qoryan hökmdən Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasına şikayət edəcəklərini bildiriblər.
Bu barədə “Sherg.az”a danışan millət vəkili Məlahət İbrahimqızının fikrincə, düşmən həqiqəti anlasa da, bunu etiraf edə bilmir: 

“Ermənilər o qədər azğınlaşıb ki, dəfələrlə rədd cavabı almalarına rəğmən, yenə israr edirlər. Əlbəttə, Avropa İnsan Haqları Məhkəməsinın qərarı gözlənilən idi. Çünki düşmən əsrlər boyu cinayət törədib. Hətta Azərbaycana qarşı vandallıqlarla kifayətlənməyib, fərqli vaxtlarda türkiyəli deputatlara qarşı da qətliam törədiblər.

Dünya birliyinin reaksiyalarına baxmayaraq, ermənilər işğalçılıq siyasətlərini davam etdirirlər. Dağlıq Qarabağla Tovuz arasında 300 kilometr var. Lakin düşmən Tovuzda da gərginlik yaradır. Onlar bu yolla Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər.

Əslində özləri də də bilirlər ki, digər bütün məqamlarda olduğu kimi, Ramil Səfərov məsələsində də  Azərbaycan haqlıdır. Amma yenə davam edirlər. Təxribatlarını dayandıra bilmirlər. Axı ermənilər əsrlər boyu tarixi saxtalaşdırıblar.

Məhz bu nöqteyi-nəzərdən başa düşürlər ki, dayanacaqları andan etibarən mühakiməyə cəlb olunacaqlar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu