İttihamlara CAVAB: “ReAl əzbərləri pozmağa başlayıb!”

“ReAl hər iki cəbhə üçün “ağ qarğa”ya çevrilib”

“Ölkənin gələcəyi siyasi səhnədə düşmənlik yox, rəqabətli mühitin yaranmasından asılıdır”

“Bu, siyasi keyfiyyət dəyişikliyi deməkdir”


Məlum olduğu kimi, ReAl Partiyası bu günlərdə rəsmi qeydiyyata alındı. Dərhal sonra partiyaya qarşı iddialar, ittihamlar  başlanıldı. Əslində belə təzyiqlər əvvəllər də olub. Amma səbəb nədir, niyə ReAl hədəfə tuş gəlir?

 Partiyanın icraçı katibi Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, bu, partiyanın orijinal dəsti-xətti ilə əlaqəlidir: 

“Dediyiniz kimi, belə təzyiqlər ilk deyil, son da olmayacaq. Əzbərləri pozmaq asan deyil. ReAl fəaliyyətə başladığı andan, yəni 2010-cu ildən etibarən əzbərləri pozmağa başlayıb. Biz siyasi səhnəyə yeni nəfəs gətirməklə buna nail olmuşuq. Daha elmi, politoloji yanaşma ortaya qoymuşuq.  Boş-boş, səmərə verməyən işlərlə məşğul olmuruq.

ReAl yeganə siyasi partiyadır ki, 78 səhifəlik fəaliyyət proqramı var. Zaman-zaman qaldırdığımız bəzi məsələlər sonradan öz həllini tapıb. Məsələn biz hələ 2013-cü ildə yerli idarəetmənin güclənməsi naminə müəyyən rayonların ləğv edilməsinin məqsədəuyğun olduğunu demişdik. İlk günlərdən etibarən ReAL-ın siyasi duruşu politoloji və elmi əsaslarla gündəmə gəlib.

Azərbaycan siyasi səhnəsi isə, təəssüf ki, gərginliklə bəslənir. Çünki heç bir tərəfin ortaya qoyacağı konkret idea yoxdur. Beləliklə, bir az obrazlı dillə desək, ReAl hər iki cəbhə üçün “ağ qarğa”ya çevrilib.

Biz doğru bildiyimizi düzgün yerinə yetirməyə davam edəcəyik. Ölkənin gələcəyi siyasi səhnədə düşmənlik yox, rəqabətli mühitin yaranmasından asılıdır. Bu, siyasi keyfiyyət dəyişikliyi deməkdir. Dediyim məsələ üçün əlimizdən gələni əsirgəməyəcəyik

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu