“Dövlət universitetlərində təhsil ödənişsiz olmalıdır” – Real yanaşma !

“Mən və millət vəkili Vahid Əhmədov “Təhsil kreditləri” haqqında qanun layihəsini hazırlamışıq”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.

Parlament üzvü deyib ki, il ərzində təhsil haqlarının ödənilməməsi ilə bağlı 3 min insanın taleyi dəyişir: 

“Təklif edirəm ki, “Təhsil kreditləri” haqqında qanun layihəsi Komitənin İşlər planına daxil edislin”.


 
Tələbələri də narahat edən məsələ ilə bağlı “Sherg.az”a fikirlərini bildirən təhsil eksperti Məlahət Mürşüdlü bunu yüksək qiymətləndirib: 

“İndiyədək təhsil ödənişlərinin hüquqi forması olmayıb. Ona görə də ayrı-ayrı ali məktəblərdə ödəniş siyasəti fərqli idi. Düşünürəm ki, bu Qanun layihəsi təhsil ödənişlərini tənzimləyəcək və hüquqi baza rolunu oynayacaq”.
 
M.Mürşüdlünün fikrincə, bu Qanun layihəsinə ehtiyac olmaya da bilərdi:

“Fikrimcə, dövlət universitetlərində təhsil tamamilə ödənişsiz olmalıdır. Çünki qanunvericilikdə buna bir əsas yoxdur. Əgər təhsil ödənişsiz olsaydı, təbii ki, Qanun layihəsi barədə də düşünülməzdi. Ancaq madam, vəziyyət belədir, deməli, hazırlanmış layihə əhəmiyyətli olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu