Tamaşa etməyin, xilas edin: Həkim ilkin yardımın yolunu göstərdi

“Avtobusda yaşanılanlar məhz “bayılma”dır" 

"Dərhal həmin şəxsin üzünə su çiləmək və onu arxasıüstə uzatmaq lazımdır”

“Türkiyədə avtobuslarda “apteçka” olur. Bu ənənə bizdə də var idi, sonradan unuduldu”


Son vaxtlar bu hadisə isə tez-tez rastlaşıram- ictimia yerdə, o cümlədən avtobusda qəfildən kiminsə halı pisləşir, dili qatlanır, özündən gedir. Ətrafdakı hər kəs təlaşla onun başına yığışır. Bəziləri kömək, bəziləri də tamaşa etmək məqsədilə. Amma indiki müzakirə mövzusu bu deyil.

Məsələ ondan ibarətdir ki, belə hallarda təmkinimizi, soyuqqanlılığımızı qoruyaraq insanlara necə yardım edə bilərik? Hər halda qışqırmaqla, o tərəf-bu tərəfə qaçmaqla nə isə etmək mümkün deyil. 



Həkim-allerqoloq Şahvələd Məmmədov bu barədə “Sherg.az”ın sualını cavablandırıb:

“Tibbdə üç oxşar hal var-“bayılma”, şok və kolaps. Şok travmadan, dərmandan ola bilər. Amma avtobusda yaşanılanlar məhz “bayılma”dır. “Bayılma” dedikdə beyinə oksigen getməməsi nəzərdə tutulur. Bu hadisə müxtəlif səbəblərdən ola bilər. 

Dərhal həmin şəxsin üzünə su çiləmək və onu arxasıüstə uzatmaq lazımdır. Baş bir az aşağı olmalıdır ki, beyinə oksigen getsin.

Bir də ətrafdakılardan kimdəsə “karvarol”, “validol” kimi dərmanlar və ya naşatır spirti varsa, yardım edə bilər.

Türkiyədə avtobuslarda “apteçka” olur. Bu ənənə sovet vaxtı bizdə də var idi. Təəssüf, sonradan unuduldu. Amma istənilən halda panika yaratmağa dəyməz. Ayaqları dizdən qatlayıb, başı aşağı tutmaq kifayətdir.

Beyinə oksigen gedən kimi vəziyyət düzələcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu