Azərbaycan bütün imkanları ilə Türkiyənin haqq davasının yanındadır

“Azərbaycanla Türkiyə sadəcə dildə deyil, əməldə də “bir millət iki dövlət” prinsipinə uyğun hərəkət etdiklərini dəfələrlə isbatlayıblar”. 
Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib.

Gənc fəal bildirib ki, son günlər müşahidə olunan hadisələr göstərir ki, Azərbaycan tək deyil və Türkiyə istənilən məqamda öz qardaşının yanındadır: 

“Türkiyənin Azərbaycanın yanında yer aldığını qardaş ölkə öz addımları ilə dəfələrlə ortaya qoyub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, qardaş ölkənin hərbi rəhbərləri və digər rəsmiləri ardıcıl bəyanatları ilə Azərbaycanın düşmənlərinin qarşısında olduqlarını vurğulayıblar. Eyniylə Azərbaycan da Ankara hökumətinə dəstəyini hər fürsətdə gündəmə gətirib. Prezident cənab İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən açıq şəkildə Türkiyənin mövqeyini birmənalı müdafiə etməsi bunun bariz nümunəsidir. Biz bütün imkanlarımızla Türkiyənin haqq davasının yanındayıq. Rəsmi Bakı Yaxın Şərqdə, Liviyada, Aralıq dənizində Türkiyəni necə dəstəkləyirsə, qardaş ölkə də eyni şəkildə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındadır. Artıq bu reallığı dünya ölkələri də dərk edirlər. Həm işğalçı Ermənistan, həm də onları himayə edənlər Azərbaycanın yanında necə bir güc olduğunun fərqindədir. Düşmən ölkənin ciddi təşvişi, ard-arda sərsəm bəyanatlar səsləndirməsi, Rusiyanın Ermənistanı silahlandırması məhz bu narahtlığın nəticəsidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu