Nazir Hulusi Akar: "Təxribatların heç kimsəyə, xüsusilə də Yunanıstana faydası yoxdur”


Yunanıstan 18 adada qanunsuz silahlandırma aparıb. Bu hal gərginliyi daha da artırır, dialoq imkanlarına zərər gətirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Aralıq dənizindəki vəziyyəti dəyərləndirərkən ifadə edib. Türkiyənin dialoq tərəfdarı olduğunu və siyasi həll üçün səyləri dəstəklədiyini diqqətə çatdıran nazir deyib: “Bizim anlayışımıza görə, gərginlik yaratmaq, təhrik etmək və təxribatların heç kimsəyə, xüsusilə də Yunanıstana faydası yoxdur”.

“Oruç Rəis” kəşfiyyat-axtarış gəmisinin qrafikə uyğun olaraq hərəkətdə olacağını xatırladan nazir qətiyyətlə bildirib ki, Türkiyə Şərqi Aralıq dənizindəki maraq və mənafelərindən geri çəkilməyəcək.

Qeyd edək ki, nazir Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin komandan heyəti Kaş adasına səfər edib. Nazir Kaşda canlı yayınla Anadolu agentliyinin suallarını cavablandırıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu