"Lill" türkiyəli futbolçunu transfer etdi


"Qalatasaray"la müqavilə müddəti bitən Mustafa Kapı "Lill"ə transfer olunub.

Qol.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli 18 yaşlı yarımmüdafiəçi ilə uzun müddətli sözləşmə imzalanıb. Bu keçid üçün "Lill"in "Qalatasaray"a 300 min avro yetişdirmə haqqı ödədiyi bildirilib.

Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı ilə Burak Yılmaz da "Lill"ə keçib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu