30 yaşdan sonra yaranan xallara DİQQƏT - Ölümcül xəstəlik işarəsi ola bilər


Dəriyə rəng verən melanin adlı hüceyrələrin müəyyən sahələrdə kəskinləşməsi nəticəsində əmələ gələn xallar doğuşdan etibarən az sayda yaranmağa başlasa da, illər sonra arta bilər.

 Mütəxəssislər 30 yaşdan sonra yaranan xallara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayır.

Müxtəlif hormonal dəyişiklillər səbəbilə ərgənlik, hamiləlik kimi dövrlərdə xalların sayı və həcmləri artır. Xüsusilə, 20 mm-dən böyük xalların daha böyük risk daşıdığı, hətta xərçəngin xəbərçisi olduğu bildirilir.

Dermotoloq Onur Çapkanın sözlərinə görə, 30 yaşdan sonra yaranan xallar xərçəng riski daşıyır: "Genetik meylli zəmində müqavimət görməyən kəskin Günəş şüaları xalların sayın artırır. Rəng, həcm və forma dəyişikliyi bu səbəbdən yaranır. Lakin bu dəyişiklik illər ərzində, yavaş-yavaş olur. Ona görə də normal qəbul edilir. əsas diqqət edilməsi vacib olan son bir neçə ay ərzində əmələ gələn və ya sürətlə dəyişən xallardır. Rəng və forma simmetriyası olmayan, sürətlə forma dəyişən və ya qabarıqlaşan qaşıntı, qabıqlanma, qanama əmələ gətirən xallar şübhə yaratmalıdır".

Mütəxəssis qeyd edib ki, yeni əmələ gələn, başqa xallara bənzəməyən xallar varsa, mütləq dermotoloqa müraciət edilməlidir.

Onun sözlərinə görə, çox sayda xalı olan şəxslər, əsasən, açıq dəri rəngli, qırmızı-sarı saçlı, rəngli gözlü və ya asanlıqla Günəş yanığı yarana bilən dəri tipinə məxsus insanlardır: "Bu şəxslər üçün ailədə yaşana biləcək xərçəng, immune sisteminə təsir edən Günəşə həssaslıq, genetik xəstəliklər, dərman risk faktorudur". (publika.az)

Çapkan qeyd edib ki, dəri xərçəngi erkən diaqnoz sayəsində müalicə olunan və sağalan xəstəlikdir. Lakin nəzarətsiz və nizamsız Günəş işığına məruz qalma bu xəstəliyin yaranması riskini artırır. Ona görə də yay aylarında xüsusilə diqqətli olmaqda fayda var. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu