Şəhidlər unudulanda ölürlər ! – “Xatirələri əbədiləşdirilməlidir” 

Son vaxtlar şəhidlərimizin şəkillərini avtomobillərinə vuran sürücülərə rast gəlirik. Sürücülərin bu davranışı təbii ki, şəhidlərimizə hörmət kimi qəbul olunur. Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün bir çox vətəndaşlar məhz onların fotosunu avtomobillərinə vurur. Təəssüf ki, şəhidlərimizin fotosundan sui-istifadə edənlər də olur. Bir çoxları yollarda qayda pozduqları zaman məhz şəhidlərin fotusunu maşınına vurduqları üçün onlara güzəştlər edilməsini istəyirlər.

Millət vəkili Müşfiq Məmmədli “Sherg.az”a bildirib ki, vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər birinin xatirəsi əbədiləşdirilməlidir.

Deputat qeyd edib ki, bəzi vətəndaşlarımız şəhidlərin ruhuna hörmət əlaməti olaraq onların fotosunu avtomobillərinə vururlar:

“Bu addımlar hər bir insanın öz qəlbində olan duyğularının ifadəsidir. Şəhidlərimiz unudulmamalıdır. Onların xatirəsini əbədiləşdirmək üçün kimsə ürəyindən gələn hər hansı bir tədbiri görə bilər. Məhz fotoların avtomobillərə vurulması da bu tədbirlərdəndir. Əlbəttə, belə addımların atması təqdirəlayiqdir. Eyni zamanda gənclərimiz də bu olanlardan örnək götürəcəklər. Bütün bunlar vətənpərvərlikdən irəli gələn addımlardır”

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu