Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib - FOTO



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlərin üçüncüsü baş tutub.
"Sherg.az" xəbər verir ki, bu barədə KİVDF-nin Feysbuk səhifəsində məlumat verilib. 
Xəbərə görə, “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzusunda reallaşan onlayn təlim Türkiyənin tanınmış media təlimçisi –“TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim olunub.




Təlimdə müasir jurnalistikanın tələblərindən bəhs olunmuş, yeni dövrün jurnalistikasında rəqəmsal texnologiyalardan düzgün və yerində istifadə qaydaları barədə məlumat verilib. Həmçinin müasir jurnalistikada sosial şəbəkələrin funksiyaları, informasiyanın yayılmasının izlənilməsi, innovasiya texnologiyalarından sərbəst istifadə metodları nümayiş etdirilib. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, KİVDF tərəfindən təşkil olunan təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak etmişdir. Respublikanın regionlarında da fəaliyyət göstərən media nümayəndələrinin qatıldığı onlayn təlimlərə sabah yekun vurulacaqdır.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu