Nadir göz yaşı axıtdı!- Nazirlikdən kömək istədi: “...İçim yanır”  

Tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün səhhəti pisləşib. Ailəsinin mətbuata verdiyi açıqlamaya görə sənətkara xərçəng diaqonozu qoyulub, başında şiş aşkarlanıb. Bu səbəbdən də təcili əməliyyat olunmalıdır. Həmçinin Gülbahar xanımın evdə yatdığı, nitqinin normal olduğu da bildirilib. Bundan əlavə qarmon ifaçısının maddi sıxıntılarından da bəhs edilib.
Əməkdar artistin xəstəlik xəbəri sənət dünyasını dərindən sarsıdıb. 

Müğənni Nadir Qafarzadə də sənət dostunun sağlamlıq problemlərindən danışaraq, kdəərini, üzüntüsünü dilə gətirib.

“Sherg.az” xəbər verir ki, o İnstaqram səhifəsində paylaşdığı videoda bunları söyləyib:

“Bildiyiniz kimi, ölkənin əməkdar artisti, gözəl sənətkarımız Gülbahar xanım çətin durumdadır. Günü-gündən səhhəti ağırlaşır. Düşünürəm ki, o xanıma kömək lazımdır. Burdan Mədəniyyət nazirliyinə səslənirəm. Heç olmasa zəng eləsinlər, maraqlansınlar, motivasiya etsinlər.Əlbəttə, maddi yardım da lazımdır. Çünki biz sənət adamları çoxdandır pul qazanmırıq, iş yoxdur. Gülbahar xanım da hamı kimi bu müddətdə nəyi var idisə yedi, içdi qurtardı. Ona görə köməyə ehtiyacı var. O hər zaman sənəti ilə gündəmdə olub. Dövlət səviyyəsində bu xanıma kömək olsunlar. Mənim fikrimdir, olmaya da bilərlər.”

Müğənni deyib ki,  pandemiya dövründə bir çox insan, xüsusilə də sənət adamları ruhdan düşüblər:


“Çərçivədə olmaq istəmədilər. Daha doğrusu bacarmadılar. Çünki hər zaman səhnədə olan, yaradıcı insanlar bu durumu çətin keçirir. Bunların hamısı üst-üstə gəldi. Gülbahar  xanımı belə yataq xəstəsinə çevirdi.

Düşünürəm ki, müalicəsi var. Sadəcə kimsə öz üzərinə götürməlidir. Şəxsən mən onun hər zaman yanındayam. Amma təkcə nə edə bilərəm?! Məndən asılı olmayan məsələlər var.

Allah köməyi olsun. Hər halda  sözümü dedim, eşidən eşitdi. Heç vaxt özüm üçün heç nə istəməmişəm. Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm.

Qoymayın daha bir sənət adamını itirək. Onsuz da itirə-itirə gedirik. Elə bir yaşı da yoxdur, yaşamaq istəyir. Deyəcəklər Nadir kövrəldi, ağladı. İçim yanır, çox çətindir.

Məni düzgün başa düşün. Yenə yazmayın ki, altdan artistlik elədi və sair. Allah bütün xəstələrə şəfa versin. Hər zaman sülh əmin-amanlıq olsun. İtki pis şeydir”.



Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu