Murad Arifdən sillə kimi CAVAB: “Rus dili öyrənən kimi...” – Fasonlu ədabazlar ! 

“...Azərbaycanca yazmağı, danışmağı özünə sığışdırmayanlar var”

“Hər rusca yazan ictimai xadimdən Azərbaycan  dilində yazmağı tələb etməliyik” 


Son günlər Azərbaycan məktəblərində “rus sektor”unun  ləğv edilməsi mövzusu müzakirələrə səbəb olub. Əksər vətəndaş bu təklifi düzgün qiymətləndirərək, dəstəkləyib. Lakin əksinə fikir bildirən, qarşı çıxanlar da az deyil. Nəticədə cəmiyyət ikiyə bölünüb. Sosial şəbəkələrdə,  eləcə də  ictimaiyyətdə bu mövzu ətrafında geniş müzakirələr aparılır. 


Sənət aləmi də məsələyə biganə qalmayıb. Tanınmış müğənni, bəstəkar Murad Arif  öz münasibətini Feysbuk statusunda bildirib.

“Sherg.az” xəbər verir ki, sənətçi sözügedən paylaşımda bunları yazıb: 

“Azərbaycanda hər dildə sektor olsun. Problem dil öyrənməkdə və ya bilməkdə deyil. Problem özümüzdədir. Başqa bir dil öyrənən kimi, Azərbaycanca yazmağı, danışmağı özünə sığışdırmayan insanlardadır.

Belə adamların örnək götürdüyü jurnalistlər, aparıcılar, yazıçılar, artistlər, siyasilər, ictimai xadimlər hələ də var. Problem bizik! Rus, ingilis, fransız sektorları, məktəbləri hər ölkədə ola bilər.

Amma Feysbuk statuslarını yalnız əcnəbi dildə yazan, çevrəsində təkcə xarici dildə danışan ictimai insanlar bütün normal cəmiyyətlərdə qınaq obyekti olardı.

Biz belə adamları “gerçək elita” olmağa, yəni Ana dilinə, dövlət dilinə hörmət etməyə çağırmalıyıq. Hər rusca yazan ictimai xadimdən Azərbaycan  dilində yazmağı tələb etməliyik”. 

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu