“Təhsil inkişaf etmirsə, deməli, tərəqqi də olmayacaq”

Bu gün Prezident İlham Əliyev Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak edib. Deməli, bütün dövrlərdə olduğu kimi, indi də təhsilin inkişafı dövlətin əsas prioritetlərindəndir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir. 


 Dövlətin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı barədə “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev bunun tarixi ənənə olduğunu deyib: 

“Bizim üçün təhsil təkcə indi yox, həmişə əsas olub. Azərbaycanın bütün sahələrdə, o cümlədən tibbdə dünyaca məşhur alimləri var. Əlbəttə, bu, qürurverici və sevindiricidir. Çünki bir ölkənin təhsili inkişaf etmirsə, deməli, o ölkə tərəqqidən geri qalır.

Pandemiyadan doğan problemlərimizi həll etməkdən ötrü bizim savadlı kadrlara çox ehtiyacımız var.

Qeyd edim ki, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Azərbaycan Texniki Universiteti ölkədə fərqlənən ali məktəblərdəndir. Onlar öz güclərini ortaya qoyurlar. Əlbəttə, dövlət dəstəyi sayəsində.

Hər halda rəqabətli mühitdir. Və belə şəraitdə kim güclüdürsə, o da qalib gələcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu