Fatih Terimin Bakıdakı mətbuat konfransının vaxtı açıqlandı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-si saat 20:00-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı dəqiqləşib.
“Neftçi”nin rəsmi saytı xəbər verir ki, əvvəlcə “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Tədbir sentyabrın 16-sı BOS-da baş tutacaq və saat 18:00-da başlayacaq. Saat 18:30-da “sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək. Həmin gün BOS-da “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandamızın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də başlanacaq.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu