“Carçı Ekspress” jurnalının ilk sayı işıq üzü gördü – TARİXƏ YENİ BAXIŞ

Sərxan Carçı: “Xalqımıza qarşı törədilən soyqırımıların dünya ictimaiyyətinə çatdırılması əsas vəzifələrimizdən biridir”


“Carçı ekspress” jurnalının ilk sayı çapdan çıxıb. Jurnalın ərsəyə gəlməsi barədə
“Sherg.az”a danışan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalın təsisçisi və baş redaktoru Sərxan Carçı qeyd edib ki, “Carçı ekspress”in ilk sayı 1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə Qazaxın Bağanıs Ayrım kəndində baş vermiş soyqırımına həsr edilib:

“Əslində jurnalı mart ayında çap etməyi nəzərdə tuturduq. Lakin müəyyən səbəblərdən dolayı, xüsusən də maddi səbəblərə görə nəşr etdirə bilmədik.
Ümumiyyətlə,  Bağanıs Ayrımda törədilən soyqırım aktı beynəlxalq hüquqda soyqırımı cinayətləri ilə bağlı nəzərdə tutulan müddəalara tam uyğundur”.

S.Carçı qeyd edib ki, jurnalın ilk sayındakı məqalələr hazırlanarkən Dövlət Statistika Komitəsinin məlumatlarından istifadə edilib:

“Xalqımıza qarşı törədilən soyqırımıların dünya ictimaiyyətinə çatdırılması əsas vəzifələrimizdən biridir”.

Baş redaktor bildirib ki, hələlik jurnalın nəşri rüblük olaraq-üç aydan bir nəzərdə tutulur.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu