"Qarabağın səsi " layihəsi həyata keçirilib - VİDEO

İşğal olunan torpaqlarımızla bağlı Müdafiə Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş idarəsinim dəstəyi ilə "Qarabağın səsi " layihəsi həyata keçirilib. "Sherg.az" xəbər verir ki, layihənin ideya muəllifi nəğməkar şair Cəlal Qurbanov,  layihənin rəhbəri isə jurnalist Mintac Elsevər,  koordinatoru Mehrab Dadaşovdur.

Mahnının sözləri Cəlal Qurbanova, ingilis dilinə tərcümə Nigar Həsənzadəyə, oranjmanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Ekran işini digərlərindən fərqləndirən cəhət, onun Çahargah muğamının "Mayeyi Çahargah", "Bəstənigar", "Müxalif", "Mənsuriyyə", "Üzzal" şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır. 

Klipdə xalq artisti Nurəddin Mehdixanlı  ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar. İştirakçıların stili üzərində Elnur Həsənov və  Gülya Vəkilova çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.

Videoya aşağıdakı linkdən daxil ola bilərsiniz. 



Paylaş

Bizi Facebookda izləyin
menu
menu