“Azərbaycanda təhsilə dövlətin xüsusi qayğısı var”

Prezident İlham Əliyev Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak edib. Ölkə başçısı hər zaman olduğu kimi yenə də təhsilin yüksək səviyyədə inkişaf üçün işlər görür. Təsadüfi deyil ki, dövlət siyasətimizin əsas məqsədi də məhz təhsilimizin prioritet sahələrdən birinə çevrilməsidir.

Millət vəkili Musa Qasımlı “Sherg.az”a bildirib ki, ölkəmizdə təhsil siyasəti dövlətimizin ümumi  siyasətinin tərkib hissəsidir. 

Parlament üzvü vurğulayıb ki, cənab Prezident İlham Əliyevin insan kapitalının yaradılması  istiqamətində müəyyənləşdirdiyi strateji xətt ardıcıl şəkildə həyata keçirilir:

“İlk növbədə, son illərdə dövlət büdcəsi hesabına ölkəmizdə orta məktəb, texniki peşə, kollec və universitetlərin geniş şəbəkəsi yaradılıb. Tariximizdə bu qədər işlər görülməyib.

Heydər Əliyev Fondunun xətti ilə də çoxlu məktəblər inşa edilib. Məktəblərimiz müasir avadanlıqlarla və informasiya texnologiyaları ilə təchiz edilib. Təhsildə kadrların keyfiyyətinin daim yaxşılaşdırılması prosesi də sistemli şəkildə aparılır.

Son illərdə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllim peşəsini seçməsi təhsildə keyfiyyətin daha da yaxşılaşdığı göstəricilərdən biridir.

Görülən işlər bir daha təsdiq edir ki, Cənab Prezidentin söylədiyi kimi, millətimizin gələcəyi olan təhsilə dövlətimizin xüsusi qayğısı var”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu