İsmayıllı sakini intihar edib

İsmayıllı sakini intihar edib. 
APA-nın xəbərinə görə, İsmayıllı şəhər Abbas Səhhət küçəsindəki 28 saylı mənzildə yaşayan 1961-ci il təvəllüdlü İmamverdiyev Cəmşid Cəfərqulu oğlu özünü kəndirlə asıb.
Ailə üzvləri hadisədən gec xəbər tutub. Onlar Cəmşid İmamverdiyevin meyitini aşkar edən kimi dərhal polis şöbəsinə məlumat veriblər. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 
Faktla bağlı İsmayıllı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu