Tanınmışlar da övladlarını 1-ci sinifə yola saldılar - Fotolar 

Bu gün yeni tədris ilinin ilk günüdür. İstər ənənəvi qaydada, istərsə də onlayn formada dərslərə başlayan hər kəsdə təhsilə yenidən qayıtmağın həyəcanı var. Aylar sonra məktəbə gedən aşağı siniflər ikiqat sevinclidir. Yeni məktəb formalarını, kitab və  dəftərlərini alıb, səhər tezdən valideynləri ilə birlikdə təhsil ocaqlarına yollanıblar. Təbii ki, riayət olunası qaydaların təlaşını da çantalarına “atıb”, parta arxasında əyləşiblər.                                                                                                                          
Valideynlər isə həm koronavirus infeksiyasının qorxusu həm də övladlarını məktəbə göndərməyin sevincini yaşayır. 
Həmişə göz qabağında olan məşhurlarımız sırasında da məktəbin yolunu tutan valideynlər var.


“Sherg.az” xəbər verir ki, tanınmış meyxanaçı Orxan Lökbatanlı oğlu Hüseynin  sosial şəbəkə hesabında şəklini paylaşaraq yeni tədris ilini təbrik edib.



 Müğənni Vasif Məhərrəmlinin oğlu Məhəmmədəli isə bu il birinci sinifə başlayıb.


Aparıcı Aytəkin Mərdənova da qızı Nərgizin birinci sinifə qədəm qoyduğunu  İnstaqram səhifəsində bildirib.


Müğənni Elçin Hüseynov məktəbin qarşısında övladları ilə birgə fotosunu izləyiciləri ilə bölüşüb.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu