BMT-dən dünya dövlətlərinə çağırış

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Antonio Quterreş bütün dövlətləri bu quruma və xüsusilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) koronavirus pandemiyasına qarşı mübarizədə dəstək olmağa çağırıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Bütün üzv dövlətləri sağlamlıqla bağlı mövcud böhran da daxil olmaqla, problemləri həll etmək üçün bir-birlərinə və BMT sisteminə dəstək olmağa çağırıram. Mən ÜST-ün COVID-19-la mübarizədə belə həlledici məqamda üzv dövlətlərin dəstəyinə ehtiyacı olduğunu açıq şəkildə bildirmişəm”, -  Quterreş deyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu