“Onlayn dərslər gənclərimizi həvəsdən salmamalıdır” 


Hər il sentyabrın 15-də səhər saatlarından şagirdlərin səs-küyü ilə dolu olan məktəb həyətlərində bu il əvvəlkilərdən çox fərqli mənzərə var idi. Şagirdlərin maska taxması, bir-biriləri ilə sosial məsafə gözləməsi və hərarətlərinin ölçülməsi yeni tədris ilinin ən yeni formatlarından idi.

Cari tədris ilinin bu cür formatda təşkil edilməsinin əsas səbəbi dövlətimiz tərəfindən şagirdlərin, təhsil işçilərinin və ümumilikdə, vətəndaşlarımızın sağlamlıqlarının qorunması məqsədini daşıyır.

Sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın intellektual potensialının yüksəlməsi, gənclərin savadlı, bilikli, vətənpərvər və milli ruhda böyüməsi üçün bir sıra layihələr həyata keçirir.

Bu gün müstəqil dövlətimizi daha da inkişaf etdirəcək, onun müstəqilliyini qoruyacaq yeni nəslin formalaşdırılması dövlətimiz üçün prioritetdir. Məhz  bu istiqamətdə də dövlət başçımız tərəfindən ardıcıl, məqsədyönlü, düşünülmüş siyasət həyata keçirilir.



Millət vəkili Elnur Allahverdiyev “Sherg.az”a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə görülən bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlıqlarının qorunmasıdır. Onun sözlərinə görə, yeni tədris üsulu, yəni onlayn dərslər gənclərimizi həvəsdən salmamalıdır: 

" Bu gün təhsil ocaqlarımızda yeni tədris ilinə start verildi. Təəssüf ki, koronavirus pandemiyası şəraitində balalarımız məktəbdə (1-4-cü siniflər istisna olunmaqla), gənclərimiz isə universitetlərdə deyil, onlayn formatda dərslərə başlayacaqlar.

Ancaq bu, onları həvəsdən salmamalı, daha böyük istəklə elmə və savada yönəltməlidir.

Pandemiya bütün dünyaya təhdiddir. Ümid edək ki, tezliklə həyatımız öz normal axarına dönəcək".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu