Ermənistanda koronavirusdan ölənlərin sayı 920-yə çatdı

Ermənistanda son sutka ərzində 150 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46119-a çatıb.
Son sutkada virusdan daha 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 920-a çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu