Daha bir fəhlə ölümü... – Onda tale də qara, bəxt də qara ! – Nəzarət yoxdur ! 

“Hadisənin əsas səbəbkarları fəhləni işə götürən şəxslərdir”

“Çünki onlar fəhlələrə lazım olan qorunma vasitələri-kəmərlər, papaqlar və s. verilmirlər”

“Tikinti şirkətləri və sahibkarlar bu məhsulları almır və pula qənaət edirlər”


Dünən növbəti fəhlə ölümü baş verib. Hadisə Yasamal rayonunda inşaat aparılan hündürmərtəbəli binada yaşanıb. 
 “AS İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə hündürmərtəbəli binada inşaat aparılıb. Fəhlə Nəcməddin Məstəliyev həmin binanın 11-ci mərtəbəsində taxta parçalarını iplə aşağı endirərkən müvazinətini itirərək yıxılıb. N.Məstəliyev aldığı xəsarətlərdən ölüb.

Son bir ayda fəhlə ölümlərinin sayı durmadan artıb. Ortada yalnız bir səbəb var. Tikinti şirkətlərinin məsuliyyətsizliyi, təhlükəsizlik qaydalarına riayət edilməməsi. İşçilərin təhlükəsizliyinə əməl edən şirkətlərin sayı olduqca azdır. İnşaat işləri aparılarkən fəhlələrin qoruyucu geyimlərlə təminatına biganə yanaşan şirkətlər belə var. Ən pisi isə budur ki, tikintidə baş verən qəza və ölüm hallarının hamısı mətbuata sızmır. Bəzən hadisə baş verdikdə məsələ birtəhər ört-basdır edilir. 



Hüquq müdafiəçisi Səadət Bənanyarlının “Sherg.az”a açıqlamasına görə, təəssüf ki, fəhlələrin ölümü ilə nəticələnən hadisələr son zamanlar daha çox baş verir. Onun sözlərinə görə, bədbəxt hadisənin əsas səbəbkarları fəhləni işə götürən şəxslərdir:

“Çünki onlar fəhlələri əmək müqaviləsi olmadan işlədirlər. Eyni zamanda onlar üçün vacib olan təhlükəsizlik tədbirləri yerinə yetirilmir. Fəhlələrə lazım olan qorunma vasitələri-kəmərlər, papaqlar və s. verilmir.

Tikinti şirkətləri və sahibkarlar bu məhsulları almır və pula qənaət edirlər. Bütün bunlar onu göstərir ki, tikinti sahəsinə heç bir nəzarət yoxdur. Mütəmadi nəzarət olarsa, fəhlələrin geyimdən tutmuş digər təhlükəsizlik ləvazimatları təchiz edilər. Bu zaman bədbəxt hadisələrin qarşısı alınar”.

S.Bənanyarlı qeyd edib ki, tikinti şirkətlər fəhlələri mütləq təhlükəsizlik qaydalarına dair treninqdən keçirməlidir:

“Yalnız sertifikat veriləndən sonra fəhlə tikinti işində çalışa bilər. O demək deyil ki, fəhlə daş daşıyırsa, təhlükəsizlik qaydalarını bilməməlidir.
Adətən hadisə baş verir və bəzi hallarda məsələ ört-basdır edilir.

Nəticədə məsələ kütləni informasiya vasitələrindən gizli saxlanır. Ölən şəxsin ailəsi ilə danışılır, müəyyən razılaşmalar əldə olunur. Amma hər zaman ailələr sonda peşman olurlar.

İlk dövrlərdə yardım alsalar da, sonra bu yardımlar kəsilir. Ölən şəxsin ailəsi bilməlidir ki, onu nələr gözləyir. Yalançı vədlərə inanmadan özlərini müdafiə etməyi bacarmalıdırlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu