Ukrayna Belarusdakı prezident seçkilərinin nəticələrini tanımadı

Ukrayna Ali Radası Belarusda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib.
Müvafiq sənəd Ali Radanın rəsmi saytında dərc olunub.
Bəyanatda seçkilərin “nə azad, nə də ədalətli” keçirildiyi qeyd olunub.  
“Ukrayna Ali Radası hesab edir ki, Belarusdakı prezident seçkiləri nə azad, nə də ədalətli keçirilib. Seçkilər namizədlər arasında rəqabətin, azad mətbuatın, həmçinin ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatlardan nüfuzlu müşahidəçilərin olmadığı bir mühitdə keçirildi”, - sənəddə qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu