Şura və Bakı Nəqliyyat Agentliyi QHT-lərlə görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hər iki dövlət qurumunun nümayəndələrinin iştirakı ilə onlayn görüşün keçirilməsinin QHT-lərin məsuliyyət hissini daha da artıracağını və onları layihələri daha effektiv şəkildə icra etməyə stimullaşdıracağını bildirib. F.Qurbanov Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri Əlaqələndirmə Sisteminin effektiv elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı yaratdığını deyib.

Bakı Nəqliyyat Agentliyinin aparat rəhbəri Gülşən Rzayeva ictimai nəqliyyat, yol hərəkəti təhlükəsizliyi istiqamətində maarifləndirmə layihələrinin davamlı olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. G.Rzayeva maarifləndirmə layihələrinin əhatə dairəsinin genişləndirilməsi, Şura və BNA-nın layihələrə davamlı dəstəyin verməsinin bu sahədəki ictimai problemlərin həllinə önəmli töhfə verəcəyinə inandığını bildirib.

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradov, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, Azərbaycan-İsrail gənclərinin Dostluq Cəmiyyətinin sədri Yusif Şıxlarov, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin layihə rəhbəri Aydınxan Əbilov və Ailə və Ətraf Mühit İctimai Birliyinin sədri İlhamə Qurbanova çıxış edərək layihələrinin fəaliyyət planında nəzərdə tutulan işlər haqqında məlumat verib, həmçinin təkliflərini səsləndiriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu