TƏKLİF: “15 sentyabr “Bakı Günü” kimi qeyd edilsin, çünki…”

“Bakını Bakı edən, onu özümüzə qaytaran gün məhz 15 sentyabr 1918-ci il olub”


“Məhəmmədəmin Rəsulzadənin məşhur sözlərini təkrarlamaq istərdim: - “Bizim üçün Bakı məsələsi təkcə ərazi məsələsi deyil, müqəddərat məsələsidir”.” 

Bunu “Sherg.az”a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov deyib. 

Tarixçi bildirib ki, həqiqətən də, 102 il əvvəl Bakı Azərbaycan və Osmanlı qüvvələri tərəfindən azad edilməsəydi, bu gün nə Bakı Azərbaycanın paytaxtı olardı, nə də Bakıda müsəlman əhali sayca üstünlük təşkil edərdi: 

“Bu səbəbdən bizim üçün 15 sentyabr tarixi 28 may günü qədər əhəmiyyətli və əlamətdar gündür. Bir neçə il əvvəl belə bir təkliflə çıxış etmişdim ki, 15 sentyabr rəsmi olaraq “Bakı Günü” kimi qeyd edilsin. Bu fikirdə indi də qalıram ki, Bakını Bakı edən, onu özümüzə qaytaran gün məhz 15 sentyabr 1918-ci il olub”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu